Məşhur aktyorun fanatlarına pis xəbər

Məşhur aktyorun fanatlarına pis xəbər
2495 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Corc Kluni fanatları üçün xoş olmayan açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, son olaraq "Salam, Sezar" filmində çəkilən 54 yaşlı ulduz yaxın zamanda aktyorluq karyerasını bitirəcəyini deyib:

"Fikirləşirəm ki, insanlar heç kimi uzun müddət ekranda görmək istəmir. Kamera çox amansızdır, hər şeyi üzə çıxarır. Xüsusilə də, yaşlılığı... "

O, bundan sonra rejissorluğunu və prodüserliyini davam etdirəcək. Kluni bu sahədə də yeni deyil. Bir çox filmlərin ərsəyə gəlməsində iştirak edən aktyorun prodüser olduğu "Arqo" filmi "Oskar" mükafatını da qazanmışdı.