Nazirdən xanımlara təbrik

Nazirdən xanımlara təbrik
998 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət və turizm sahələrində çalışan xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Axşam.az-ın məlumatına görə, nazirin təbrikində vurğulanır ki, xalqımızın malik olduğu mənəvi-mədəni dəyərlər sistemində qədim dövrlərdən qadın daim müqəddəs bir yerə sahib olmuşdur. Türk xalqlarının milli mənəviyyat abidəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanı, eləcə də digər folklor nümunələrimizdə qadın-ana uca tutulmuş, onun ailədə və cəmiyyətdə rolu dönə-dönə vurğulanmış, yüksək qiymətləndirilmişdir. Bu tendensiyalar Azərbaycan ədiblərinin, rəssam və musiqiçilərinin yaradıcılığında da öz əksini tapmış, əsrlər boyu davam edərək bu günümüzə gəlib çatmışdır.

Təbrikdə daha sonra deyilir:
 
“Bu gün Azərbaycanda mədəniyyət və turizm sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Onların bu sahələrin inkişafına verdikləri töhfələr yüksək dəyərə layiqdir. Azərbaycan xanımlarının ailədəki müstəsna yeri onların ictimai həyatdakı fəaliyyətlərində də özünü aşkar şəkildə göstərir. Qadınların çalışdıqları sahələrdə əldə etdikləri nailiyyətlər dövlətimiz tərəfindən həmişə mükafatlandırılmış, onlar müxtəlif təltiflərə layiq görülmüşlər”.

Əbülfəs Qarayev sonda bir daha mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən xanlmları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ailə səadəti, firavanlıq arzulayıb.