Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni loqosu

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni loqosu
411 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni tərtibdə loqosunu təqdim edib.

İdarədən Axşam.az-a bildirilib ki, XVIII əsr Bakı xalça məktəbinə aid olan xovlu xalça elementlərini özündə əks etdirən, qeyri-adi naxış və rəng çalarları ilə tərtib edilmiş loqo, Azərbaycanın nə qədər qədim mədəni irsə və tarixə sahib olduğunu bir daha təsdiqləyir.

Yeni loqo Mədəniyyət və Turizm İdarəsinin brendi kimi qurumun fəaliyyətinə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaq.