UNESCO-da Azərbaycan kəlağayısının təqdimatı olub

UNESCO-da Azərbaycan kəlağayısının təqdimatı olub
516 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə milli baş geyimimiz olan kəlağayının bu təşkilatda təqdimat və satış mərasimini təşkil edib.

Axşam.az xəbər verir ki, daimi nümayəndəliyin rəhbəri Anar Kərimov Azərbaycanda ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri olan kəlağayı sənəti haqqında məlumat verib.

Azərbaycanlı dizayner Mənzər Hacıyevaya UNESCO-nun qərargahında Azərbaycanın mədəni irsini təmsil etdiyindən şərəf duyduğunu vurğulayıb. O, Nyu-York Universitetində, Parsons Dizayn Məktəbində və Parisin Studio Berçot məktəbində təhsil almağına və Michael Kors, Zac Posen, Narciso Rodrigues və Lanvin kimi məşhur brendlərin dizayn studiyalarında işləməsinə baxmayaraq, ilham mənbəyinin Azərbaycanın sənətkarlıq beşiyi olan qədim Şəki şəhəri olduğunu bildirib.

M.Hacıyeva bütün kəlağayıların, eləcə də digər baş geyimlərinin əl işi olduğunu emalatxanada istehsal edildiyini bildirib. Qeyd olunub ki, kəlağayıların naxış və rənglərinin hər birinin xüsusi mənası var. Qırmızı rəng toy, qara rəng isə yas mərasimində yaşlı qadınlar tərəfindən baş geyimi kimi istifadə olunur.

Qeyd edək ki, M.Hacıyeva Milli Məclisinin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızıdır. (AzərTac)