Xalq artisti Muxtar Maniyevin vəziyyəti stabildir

Xalq artisti Muxtar Maniyevin vəziyyəti stabildir
937 dəfə oxunub
  • A-
  • A
  • A+
"Xalq artisti Muxtar Maniyevin sağlıq durumu yaxşıdır".

Axşam.az xəbər verir ki, bunu "Report"a açıqlamasında xalq artistinin həkimi Elmira Cəfərova deyib.

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində çalışan E.Cəfərova M.Maniyevin vəziyyətinin hazırda stabil olduğunu bildirib:

"Xalq artisti Muxtar Maniyev xəstəxanamıza dünən gətirilib. Daxil olanda vəziyyəti çox ağır idi. Şəkərli diabetdən əziyyət çəkdiyi üçün şəkərinin kəskin şəkildə düşməsi xəstənin vəziyyətini ağırlaşdırmışdı. Aparılan müalicə tədbirləri sayəsində Muxtar Maniyevin sağlamlıq vəziyyəti stabilləşdi. Hazırda şüuru açıqdır, huşu özündədir, danışa bilir, qidalanması normaldır. Belə davam etsə, xəstəni həftə sonu və ya gələn həftənin bazar ertəsi evə yaza bilərik".

Xatırladaq ki, xalq artisti Muxtar Maniyev qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ötən il 80 yaşlı aktyorun sol ayağı topuqdan aşağı amputasiya edilib.