Mixail Lidskinin konserti olacaq

Mixail Lidskinin konserti olacaq
1221 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 18-də Dövlət Filarmoniyasında xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. 

Axşam.az-ın məlumatına görə, konsertin solisti Rusiyadan gələn piano ifaçısı Mixail Lidski olacaq.

Proqramda Volfqanq Amadey Motsartın “Don Juan” operasına uvertüra, fortepiano və orkestr üçün 27 saylı Konsert si-bemol-majoru, Frederik Şopenin fortepiano və orkestr üçün 1 saylı konsert mi-minoru yer alıb.