Novruz bayramı şəhərdə təntənəli şəkildə qeyd olunacaq

Novruz bayramı şəhərdə təntənəli şəkildə qeyd olunacaq
2397 dəfə oxunub
  • A-
  • A
  • A+
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin təntənəli keçirilməsini nəzərdə tutub.

Axşam.az-ın məlumatına görə, martın 20-si və 21-də İçərişəhərdə “Novruz – Bahar Festivalı” keçiriləcək.

Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaq. “Meydan Bazarı”nda ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil ediləcək.
 
Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəl maraqlı tamaşalar nümayiş etdirəcək.