Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır

Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır
1406 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Möcüzəli turp" uşaq tamaşasının premyerası olacaq.

Axşam.az xəbər verir ki, tamaşa rus xalq nağılının motivləri əsasında hazırlanıb. Məktəblilər və azyaşlı izləyicilər üçün nəzərdə tutulmuş yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallıdır.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Sona Mustafayeva, rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

Tamaşada əməkdar artistlər Ədalət Əbdülsəmədov, Qəmər Məmmədova, aktyorlar Zümrüd Quliyeva, Elnur Hüseynov, Sevinc Mehrəliyeva və başqaları iştirak edəcək.

Qeyd edək ki, bu tamaşa, rejissor Elşən Zeynallının Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi ilk əsərdir.