Azərbaycanlı nazir teatrda - fotolar

Azərbaycanlı nazir teatrda -  fotolar
1045 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında üç gün - 10, 11, 12 mart tarixlərində uğurlu premyera keçirilib.

Axşam.az-ın məlumatına görə, söhbət xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyadan gedir.

12 mart tarixində tamaşanı əsərin müəllifi xalq yazıçısı Elçin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayevlə yanaşı bir sıra mötəbər və rəsmi qonaqlar, ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət adamları izləyiblər. Xalq yazıçısı Elçin, Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə tamaşadan razı qaldıqlarını bildiriblər.