“Bir şair ömrünü yaşatmaq üçün”

“Bir şair ömrünü yaşatmaq üçün”
492 dəfə oxunub
  • A-
  • A
  • A+
Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə “Bir şair ömrünü yaşatmaq üçün” adlı tədbir keçirilib. 

Axşam.az-ın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxanasının və 111 nömrəli məktəbin təşkil etdiyi mərasimdə xalq şairi Nəriman Həsənzadənin gəlişini iştirakçılar alqışlarla qarşılayıb.

Məktəbin direktoru Jalə Hacıyeva gələn qonaqları salamlayaraq, tədbiri açıq elan edib. Məktəbin dil - ədəbiyyat müəllimi Məlihə Əsədova və Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nəsibə Mehdiyeva şairin həyat və yaradıcılığından söz açıblar. Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.

Tədbirin aparıcıları da şairin keçdiyi ömür yolundan danışıb, şagirdlər şairin şeirlərini söyləyib, onun sözlərinə bəstələnmiş “Fikir eləmə”, “Çağır məni”, “Sən bağışladın” mahnılarını səsləndiriblər.

Sonda çıxış edən Nəriman Həsənzadə təşklatçılara minnətdarlığını bildirib və iştirakçılara yazdığı şeirlərindən söyləyib.