Kök modeldən cəsarətli addım - fotolar

Kök modeldən cəsarətli addım - fotolar
6624 dəfə oxunub
  • A-
  • A
  • A+
"Women's Running" idman jurnalı səhifəsində növbəti dəfə kök modelin fotosessiyasına yer verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Nadya Ebulhos adlı model dərginin aprel ayı üçün kamera qarşısına keçib. Nadya insanlara kök olmağın qaçışa mane olmamasını göstərmək istəyir. O, həftədə 3-4 dəfə qaçışla məşğul olur. Gərgin idman şəraitində məşq edən "plus-size" modelin insanların onun bədəni haqda dedikləri "qeyri-sağlam" ifadəsini qəbul etmir.

Qeyd edək ki, N.Ebulhos adıçəkilən dərginin səhifələrində yer alan ilk kök model deyil. Daha çox ideal bədənli gözəllərə üstünlük verən "Women's Running" də daha əvvəl Erika Şenk görünmüşdü. Digər kök model Eşli Qrem isə "Sports İllustrated" üçün çimərlik geyimində fotosessiya etdirmişdi.