Teatrda Novruz bayramı belə qeyd olunacaq - fotolar

Teatrda Novruz bayramı belə qeyd olunacaq -  fotolar
878 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı ərəfəsində yeni, maraqlı səhnə əsəri, balaca tamaşaçılara isə əsl bayram əhval ruhiyyəsi bəxş edəcək. 

Axşam.az-ın məlumatına görə, məşqlərinə ötən ay başlanılan Rus xalq nağılı “Turpun nağılı”nın motivləri əsasında səhnələşdirilmiş  “Möcüzəli turpun nağılı” tamaşası Novruz bayramı ərəfəsində və bayram günlərində azyaşlılara xoş anlar yaşadacaq.

Premyera martın 18-də saat 12.00 və 14.00-da olacaq yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assisenti Sona Mustafayeva, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.    

Tamaşada əməkdar artistlər Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Xalidə Əliməmmədova, Zümrüd Quliyeva, Asya Atakişiyeva, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Elnur Hüseynov, Mirzəağa Mirzəyev, Anar Səfiyev, Elnur Əliyev iştirak edəcəklər.

Novruz bayramı günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dünya Uşaq və Gənclər Teatr günü də qeyd ediləcək. Bu münasibətlə teatrda martın 18-dən 25-dək “Tamaşaların paradı” adı ilə maraqlı repertuar tərtib edilib.

Bayram günlərində balaca dostlarımız “Möcüzəli turp” ilə yanaşı, A.Şaiqin “Tıq-tıq xanım”, P.Nurəliyevanın “Dəcəl keçi”, Xalq nağılı “Qoğalın nağılı” tamaşalarını da izləyə biləcəklər.