"Azdrama"da “Keçəlin şahlığı”

"Azdrama"da “Keçəlin şahlığı”
609 dəfə oxunub
  • A-
  • A
  • A+
Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində “Keçəlin şahlığı” tamaşasını nümayiş etdirəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, “Keçəlin şahlığı” tamaşası Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” əsərinin motivləri əsasında hazırlanıb. Tamaşada uşaqların və gənclərin estetik tərbiyəsi, psixoloji hazırlığı ilə bağlı bir sıra vacib məqamlara toxunulub.
 
Səhnə əsərində “Sehrli xalat” filmi də xatırlanır. İo-Kio babanın sehrli xalatı vasitəsi ilə keçmişə səfər edilir, Novruz bayramının keçmiş və gələcəklə bağlı olduğu xüsusi vurğulanır.
 
Səhnə əsərində əsas rolları əməkdar artist Mehriban Xanlarova, aktyorlar Hikmət Rəhimov, Rada Nəsibova, Elnar Qarayev, İlahə Həsənova, Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov və başqaları ifa edir.
 
Tamaşa martın 19-dan 29-dək gündə dörd seans olmaqla (saat 11:00, 13:00, 15:00, 17:00) tamaşaçıların ixtiyarında olacaq.
 
“Keçəlin şahlığı” səhnə əsərinin rejissorları Anar Sadıqov və Əlif Cahangirovdur.