31 yaşlı model iş tapa bilmədiyi üçün özünü yandırdı - fotolar

31 yaşlı model iş tapa bilmədiyi üçün özünü yandırdı - fotolar
4941 dəfə oxunub
  • A-
  • A
  • A+

Qazaxıstanda 31 yaşlı model İrina Livşun özünü yandıraraq ölüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qazax polisi gənc qadının meyitini Alma-ata şəhərindəki evində tapıb. Polis qadının yanında benzin qabını protokollaşdırıb. Dostları keçmişdə məşhur olan Livşunun son zamanlar iş tapmaqda çətinlik çəkdiyini deyiblər.

Polisin dediyinə görə, İrinanın qohumları da aylardır işsiz olan gənc qadının depressiyaya düşdüyünü təsdiqləyib. O, ətrafındakı insanlara intihar edəcəyi barədə dəfələrlə deyib. Livşunun artıq yaşlı olduğundan iş tapa bilmədiyini düşündüyü üçün intihar etdiyi deyilir.