Kukla Teatrı festivala hazırlaşır

Kukla Teatrı festivala hazırlaşır
423 dəfə oxunub
  • A-
  • A
  • A+
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı apreldə festivala gedəcək.

Axşam.az-ın məlumatına görə, bu barədə "Report"a Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə açıqlama verib.

Onun sözlərinə görə, teatr aprelin 14-dən 20-dək İvanova şəhərində keçiriləcək "Muraveynik" festivalında iştirak edəcək:
 
"Festivala Kamran Şahmərdanın "Ağ-qara" tamaşasını aparacağıq. Tamaşa böyüklər üçün hazırlanıb".

R.Əhmədzadə qeyd edib ki, teatrda böyüklər üçün yeni tamaşa hazırlanır:
 
"Zəng" adlanan tamaşanın müəllifi və quruluşçu rejissoru Qurban Məsimovdur. Yaxın günlərdə tamaşanın premyerası gözlənilir".