ABŞ-ın məşhur qrupu Bakıda konsert verdi - foto

ABŞ-ın məşhur qrupu Bakıda konsert verdi - foto
635 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə martın 14-18-də məşhur “The Exchange” pop qrupunun ölkəmizə ilk səfəri təşkil olunub.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, bu qrupun üzvləri musiqi alətlərindən istifadə etmirlər və bütün mahnılarını akapellada oxuyurlar.

“The Exchange” qrupu ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramının bir hissəsi olaraq Azərbaycanda ictimai konsertlər verib və yerli musiqiçilər üçün ustad məşğələləri keçirib.

Mmartın 18-də baş tutan qrupun konserti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramı tanınmış Amerika musiqiçilərini dünya ölkələrinə gətirir və mədəniyyətlərarası anlayış və əməkdaşlığı təbliğ edir.