"Məndən pulumu, telefonumu istədi"

"Məndən pulumu, telefonumu istədi"
1030 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rövşən Civişov xalq artisti Flora Kərimova ilə yeni layihə hazırlayır.

Axşam.az-ın məlumatına görə, duet ortaqları “Səni sevirəm” adlı yeni mahnı üzərində işləyirlər. Rövşən bu il Flora xanımla daha bir neçə mahnı təqdim edəcəklərini deyib:

“Bu dəfə Flora xanıma “Səni sevirəm” deyəcəm. Bu mahnı hazır olduqdan sonra klip də çəkdirəcəyik. 2013-cü ildə duetlərimizlə bağlı albom çıxarmağı düşünürük. Mənə bir çox müğənnilərdən duet təklifləri gəlir. Bu müğənniləri başa düşmək çətindir. Görəndə ki, bir səviyyəli müğənni ilə duet oxudun, hamı həvəsə gəlir. Amma hələ ki, Flora xanım kimi səviyyəli müğənni görmürəm”.

Rövşən ötən gün haqında pulunun oğurlanması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirdi:

“Dəmir yolu yaxınlığında avtomobildən düşərkən qəfildən qarşımı bir nəfər kəsdi. Məndən pulumu, telefonumu istədi. Əlində bıçaq olduğu üçün cibimdəki 250 manat pulu və telefonumu vermək məcburiyyətində qaldım”.