Şahin Zəkizadə: "Aydan Şener zəhərlənməyib"

Şahin Zəkizadə: "Aydan Şener zəhərlənməyib"
1511 dəfə oxunub
  • A-
  • A
  • A+

"Aydan Şenerin zəhərlənməsi haqda mətbuatda çıxan məlumatlar doğru deyil. Hazırda biz serialın çəkilişlərindəyik. Aydan xanım da bizimlə birgədi".

Bu sözləri Axşam.az saytına açıqlamasında türkiyəli aktrisa Aydan Şenerin Bakıda zəhərlənməsi haqda xəbərlərə münasibət bildirən rejissor Şahin Zəkizadə deyib.

Onun sözlərinə görə, aktrisa hələ dörd gün Bakıda qonaq olacaq: "Aydan xanım “Həkimlər” serialının 18-20-ci bölümlərində Almaniyadan əməliyyata dəvət olunan beyin cərrahı həkimi rolunu canlandıracaq”.

Nigar MƏHƏRRƏM