Soyqırım qurbanlarının xatirəsi yad olunacaq

Soyqırım qurbanlarının xatirəsi yad olunacaq
344 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tədbirdə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov soyqırımı haqqında fikirlərini bölüşəcək.

Sonra gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Tamaşada əsas rolları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Roza İbadova, Səbinə Məmmədova, Nuriyə Əliyeva, Kərəm Hadızadə, Elşən Şıxəliyev və başqaları ifa edəcəklər.