Əkrəm Əylisli aeroportda saxlanıldı

Əkrəm Əylisli aeroportda saxlanıldı
1059 dəfə oxunub
  • A-
  • A
  • A+
Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı aeroportunda saxlanılıb.

Axşam.az xəbər verir ki, həyat yoldaşı Qalina Əylislinin “Turan” Agentliyinə bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu bildirilməyib.

N.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin aeroportdakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də buraxılmayıb.

Əkrəm Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı imiş. O, Venesiyada martın 30 – aprelin 2 müddətində keçirilən “Incroci Di Civilta” Beynalxalq ədəbiyyat festifalında iştirak etmək üçün ölkədən çıxırdı.