Nyu-Yorkda beynəlxalq turizm sərgisi

Nyu-Yorkda beynəlxalq turizm sərgisi
544 dəfə oxunub
  • A-
  • A
  • A+

18-20 yanvar tarixində Nyu-Yorkda keçiriləcək "The New York Times Travel Show 2013" beynəlxalq turizm sərgisində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov Nyu-York şəhərinə ezam olunub.

Axşam.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sərgidə "Azerbaijan Airlines", "SW travel", "ATA travel", "Spektr travel", "AL travel", "Geo Travel", "Gilan tourism" və "Regea travel" turizm şirkətləri təmsil olunacaq.

Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 28 kv.m sahə icarəyə götürülmüş, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylamaq üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları hazırlanıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq ikinci dəfədir ki, "The New York Times Travel Show" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, müxtəlif ölkələrdən 600-ya yaxın şirkət təmsil olunacaq.