Cavanşir Quliyevin "Kurtlar Vadisi"nin aktyoru ilə işbirliyi - fotolar

Cavanşir Quliyevin "Kurtlar Vadisi"nin aktyoru ilə işbirliyi - fotolar
3989 dəfə oxunub
  • A-
  • A
  • A+
27-29 martda Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa və Mağusa şəhərlərində məşhur Türkiyə şair və yazıçısı Sabahattin Alinin xatirəsinə həsr etdiyi “Kürk Mantolu Şarkılar” adlı musiqili gecə keçirilib.

Axşam.az-ın məlumatına görə, Yakın Doğu Universiteti/Səhnə Sənətləri Fakültəsinin təşkil etdiyi möhtəşəm gecədə azərbaycanlı bəstəkar Cavanşir Quliyevin pianoda müşayiəti ilə YDU tələbələri şairin həyatını və yaradıcılığını tamaşaçılara incəsənət dili ilə çatdıraraq onun sevilən şeirlərinə bəstələnən mahnıları ifa ediblər.
 
“Benim Meskenim Dağlardır”, “Aldırma Gönül”, “Göklerde Kartal Gibiyim”, “Melankoli”, “Geçmiyor Günler”, “Kara Yazı”, “Leylim Ley”, “Çocuklar Gibi”, “Kıyamadığım”, “Eşkiya Dünyaya Hükümdar Olmaz”, “Ben Gene Sana Vurgunum” kimi ifalarla davam edən gecənin bitməsini istəməyən tamaşaçılar sonda səhnəyə çıxan tədbir iştirakçılarını ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, gecənin musiqi rəhbəri C.Quliyev, rejissoru isə Murad Atak olub. M.Atak illər əvvəl "Kurtlar Vadisi" serialında "Başbakan" obrazı ilə ekranlara gəlmişdi.