Soyqırımı qurbanlarının xatirəsi “Arzu və Murad”la yad edilib

Soyqırımı qurbanlarının xatirəsi “Arzu və Murad”la yad edilib
547 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tədbirdə teatrın uşaq və yeniyetmələrlə iş aparan təşkilatçı-pedaqoq, Əməkdar Artist Ötkəm İsgəndərov zaman-zaman mənfur qonşularımız tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb.

Sonra gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev və başqaları ifa ediblər.