İrəvan Teatrı Türkiyəyə gedir

İrəvan Teatrı Türkiyəyə gedir
594 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Anadolu Aydınlar Ocağının “Kültür və sanatta kardeşlik və candaşlıq” layihəsi çərçivəsində aprelin 4-dən 24-dək Türkiyədə genişmiqyaslı qastrol səfəri həyata keçirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a bildirilib ki, səfər zamanı teatrın Türkiyənin İğdır, Qars, Ərzurum, Bursa, İnegöl, Manisa, İzmir, Quşadası, Sakarya, Kocaeli, İstanbul, Amasya, Kastamonu və Samsun şəhərlərində çıxışları planlaşdırılır.

Qastrol səfərində “Soyqırımı tarixinin dastanı”, “Nurlu ömrün dastanı”, “Cümhuriyyətin ilk sədası” tamaşalarının nümayişi nəzərdə tutulub.