“Əsli və Kərəm” operasının premyerası

“Əsli və Kərəm” operasının premyerası
756 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının premyerası olacaq.


Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, operanın yeni quruluşunun rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Yusif Babayevdi.

Premyera tamaşasında əsas partiyaları Opera və Balet Teatrının gənc solistləri, respublika muğam müsabiqəsinin laureatları Vüsalə Musayeva (Əsli) və İlkin Əhmədov (Kərəm) ifa edəcəklər. Tamaşaçılar növbəti tamaşalarda həmin partiyaları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında da seyr edəcəklər. Gənclərlə yanaşı, operada teatrın təcrübəli solistləri - Xalq Artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlərdən Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) və başqaları çıxış edəcək.