Komediya filmlərinin nümayişi dayandırıldı

Komediya filmlərinin nümayişi dayandırıldı
1740 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzi repertuarda bütün komediya və əyləncə janrında olan filmlərin nümayişini dayandırıb.

Mərkəzin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, aprelin 1-dən aprelin 2-nə keçən gecə cəbhə boyu bütün mövqelərimizin və yaşayış məntəqələrimiz atəşə tutulub, düşmənə layiqli cavab verilib, Milli Ordunun 12 hərbçisi şəhid olub.

Onların qəhrəmanlıq və şücaətlərinə ehtiram olaraq, Nizami Kino Mərkəzi gün ərzində repertuarda olan bütün komediya və əyləncə janrında olan filmlərin nümayişini dayandırıb.