Gənc Tamaşaçılar Teatrının əməkdaşı vəfat edib

Gənc Tamaşaçılar Teatrının əməkdaşı vəfat edib
2454 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı butaforçu rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Triandafelidze Konstantin Xristoforoviç uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Axşam.az-a teatrdan məlumat verilib.

K.Triandafelidze 1927-ci ildə Bakıda doğulub. O, 1951-1974-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında butafor sexinin rəisi vəzifəsində çalışıb.

1991-ci ildə yaradıcılıq uğurlarına və səmərəli fəaliyyətninə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

1974-cü ildən vəfat edənə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında butaforçu rəssam vəzifəsində çalışaraq həmin sexə rəhbərlik edib.

Allah rəhmət eləsin!