Rafael İsgəndərovdan maraqlı etiraflar

Rafael İsgəndərovdan maraqlı etiraflar
2102 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bu şəhərdə” yumoristik qrupunun fəal üzvü, aktyor Rafael İsgəndərov maraqlı etiraflar edib.

Axşam.az-ın məlumatına görə, Rafael yaxşı üzgüçü olduğunu və indiyədək bir neçə insanın həyatını xilas etdiyini deyib:

“Deyirlər ki, Rafael aqressivdir, əslində danışığım belədir. Səmimiyəm, çox vaxt lazımsız insanların yanında ürəyimi açıb tökürəm. Bu, mənim ən zəif tərəfimdir. Sağ olsun Coşğun, arada yadıma salır ki, bax ha, filankəs sənə bunu etmişdi. Hamını özüm kimi bilirəm: təmənnasız, dürüst... Yaxşı üzgüçüyəm, bu günə kimi dörd nəfəri xilas etmişəm. Yemək bişirməyi sevirəm. Üzümü qırxa bilmirəm. İlboyu asqırıram, çünki allergiyam var. İynə vurmağı bacarıram, həkimliyi Coşğunun üstündə öyrənmişəm. Yaxşı ovçuyam, amma tərgitmək fikrindəyəm”.

Zəhra Əhmədova