“Zənci qadınla qucaqlaşıb öpüşdüm”

“Zənci qadınla qucaqlaşıb öpüşdüm”
2805 dəfə oxunub
  • A-
  • A
  • A+

- Sizi çox nadir hallarda efirlərdə görürük. Bu qədər az-az görünməyinizə səbəb nədir?

- 25 ildir ki, səhnədəyəm.Artıq dincəlmək istəyirəm. Fikirləşirəm ki, səhnəni gənclərə buraxmaq lazımdır. Hətta kanallar dəvət edəndə də getməmək istəyirəm. Verilişlərə çıxmağa tərəddüd edirəm. Həm də mənim böyük oğlum universitetdə oxuyur, ortancıl ali məktəbə hazırlaşır. Kiçik oğlum isə iki dəfə respublika çempionu olub. Ailə və sənət bir yerdə uyğunlaşmır. Ailəli insanın maqazin verilişlərinə çıxması düzgün deyil: filankəsin paltarı belə oldu, filankəsin avtomobili elə oldu. Bu tip mövzularla gündəmdə olmaq mənə yaraşmaz.

-  Yeni ili necə qarşıladınız?
-  Həmişəki kimi iş başında oldum. Bu, mənim üçün bir şərəfdir. Amma ailəmə də vaxt ayırdım. Bağda küknar ağacı bəzədik, evimizə qonaq dəvət etdik.

- Bizə yeni illə bağlı maraqlı hansı xatirənizi danışa bilərsiniz?

- Bir dəfə yeni ili İsveçrədə qarşıladım. Orada insanlar yığışır,  yeni il girən kimi qucaqlaşıb, öpüşürdü. Saat 12-ni vuranda hamı qucaqlaşdı, ətrafda bir zənci qadın və mən var idim. Biz də qeyri-ixtiyari qucaqlaşdıq, öpüşdük. Bunu heç zaman unuda bilmirəm (gülür)

- Bu il İlqar Xəyalı hansı layihələrdə görəcəyik?

- 2013-cü il üçün çoxlu planlarım var. Özüm bəstələdiyim “Son dəfə ayrılaq” adlı mahnı hazırlayıram. Bu mahnı üçün özümə tərəf müqavili axtarıram. Çünki çox çətin bəstədir. Duet ortağım ya Səbinə Babayeva, ya Samira olacaq. Çünki onların səsi bu bəstəyə çox uyğundur. Növbəti mahnı isə “Əgər bir gün mənə dönmək istəsən” adlanacaq. Söz vermişəm bu il çox aktiv olacağam, verilişlərə qatılacağam.

- Niyə bütün mahnılarınız ayrılıqdan, keçmiş sevgidən bəhs edir?

- İlqar Xəyal romantik müğənnidir. Həmişə sevgiyə aid mahnılar oxumuşam. Bu, mənim tərzimdir.

- İllərdir sizi eyni imicdə görürük. Heç qocalmırsınız...

- Mən sovet dövrünün yetirməsiyəm. Həmişə yeməyimə fikir verirəm. İndi bizim gənclərin qidalanmasını görəndə onlara yazığım gəlir. Gündə cəmi bir dəfə yemək yeyirəm. Hər gün yüngül atletika, üzmək və velosiped sürməklə məşğul oluram. Qurmanam, dadlı yeməkləri sevirəm, amma qədərində. Əgər bir boşqab yeyib, doymadımsa, ikinciyə əl atmaram.

- Hansı gənc müğənniləri bəyənirsiniz?

- Tünzalə Ağayevanı, Səbinə Babayevanı, Elnur Hüseynovu, Samir Cavadovu bəyənirəm. Gözəl muğam ifaçılarımız var. Amma çox müğənnilər də var ki, bilmirsən nə oxuyur. Buna görə də əksəriyyətini sevmirəm.  Amma etiraf edək ki, bizim müğənnilər dünya ulduzlarından da istedadlıdır. Bizimkilər hər dildə mahnı oxuyurlar, hər ritmi bilirlər. Xaricilər isə ancaq öz dillərində ifa edə bilirlər.