Azərbaycan ordusunun şəhid olan əsgəri, 1993-ci il təvəllüdlü Vahabzadə Mikayıl Yaqub oğlu bu gün doğulduğu İsmayıllı rayonunda dəfn edilib.
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, şəhid Vahabzadə Mikayılın nəşi İsmayıllı rayonunun Maçaxı kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, İsmayıllı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində  “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.
Qeyd edək ki, ailənin böyük oğlu olan Mikayıl Vahabzadə  Sumqayit Dövlət Universitetini bitirdikdən sonra 2015-ci ilin iyulunda İsmayıllı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
 
Abşeron rayonunun Fatmayı kəndində anadan olmuş  şəhid əsgər, 1994-cü il təvəllüdlü
Mirzəyev Mahir Sabir oğlu Mehdiabad qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
 
Azərbaycan ordusunun şəhid olan giziri, 1993-cü il təvəllüdlü Fərəczadə Toğrul Habil oğlu aprelin 9-da doğulduğu Ağsu rayonunda dəfn edilib.
 
Azərbaycan Ordusunun müddətdən artıq qulluq edən hərbi qulluqçu, şəhid Toğrul Fərəczadə Ağsu rayonunun Bico kəndindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Ağsu Rayon İcra Hakimiyyətinin kollektivi, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə ağsulu iştirak edib. Mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib. 
 
Qeyd edək ki, şəhid Toğrul Fərəczadə 2012-ci ilin oktyabrında Ağsu rayonundan hərbi xidmətə yola salınıb və sonradan hərbçi kimi fəaliyyətini davam etdirib. 
 
Şəhidin döyüş meydanında qalmış meyiti dünən cəbhə xəttindən götürülərək Azərbaycan tərəfə təhvil verilib. 
 
Cəbhə bölgəsində düşmənin hücumunun qarşısını alarkən şəhid olan hərbçi 22 yaşlı Mirzəyev İlkin Azadxan oğlu doğulduğu Xaçmaz rayonunda, 24 yaşlı gizir Abidov Vəfadar Babək oğlu doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salınıb.
 
Hər iki dəfn mərasimində rayon İcra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak edib.
 
Ermənilərin  hücumu zamanı şəhid olmuş Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Röyal İmran oğlu Nəsirov bu gün doğulduğu Cəlilabad rayonun Məlikqasımlı kəndində dəfn olunub.
 
Şəhid əsgərin dəfn mərasimində doğmaları ilə yanaşı, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri  iştirak ediblər.
 
Şəhidin nəşi yaylım atəşindən sonra torpağa tapşırılıb.
 
 
Erməni hücumunu dəf edərkən şəhid olan gizir, 1994-cü il təvəllüdlü Cavadov Şahin Yaşar oğlu bu gün doğulduğu Beyləqan rayonunda torpağa tapşırılıb.
 
Şəhidin dəfn mərasimində Beyləqan və Xocavənd rayonlarının icra başçıları, Müdafiə Nazirliyinin hərbçiləri və rayon sakinləri iştirak edib. Şəhidin tabutuna örtülmüş döyüş bayrağı atası Yaşar Cavadova təqdim olunub. Yaylım atəşi açılıb, şəhid hərbçi torpağa tapşırılıb. 
 
 
Ermənilərlə döyüşdə şəhid olan Qusar rayonunun Cağarqışlaq kənd sakini, 20 yaşlı Xeyirbəyov Əmiraslan Xəlil oğlu anadan olduğu kənddə dəfn olunub.
 
 
Şəhidin dəfn mərasimində rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun  xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.
 
Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb. 
 
Ermənilərin hücumu nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün anadan olduğu Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb.
 
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, kənd sakinləri iştirak edib. 
 
Yaylım atəşi açılıb, şəhid əsgər torpağa tapşırılıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər