"Bu, tamaşaçını qıcıqlandırır" - Sənubər İsgəndərli

"Bu, tamaşaçını qıcıqlandırır" - Sənubər İsgəndərli
2665 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Sənubər İsgəndərli sənətkar sözündən qorxur.

Axşam.az-ın məlumatına görə, aktrisa buna son vaxtlar özünü tərifləyən həmkarlarının səbəb olduğunu deyib.

O, “Atv maqazin” dərgisinə açıqlamasında sənətçilərin bu hərəkətlərinin tamaşaçını qıcıqlandırdığını deyib:

“Son vaxtlar insanların özləri haqqında yüksək fikirdə olması dəb halını alıb. Deyirlər ki, özüm – özümü tərifləməsəm, heç kim məni tərifləməz. Bu, tamaşaçını qıcıqlandırır. Sənətkarlar televiziyadan uzaq düşüblər, qeyri-peşəkarlar da bu sözün məsuliyyətini dərk etmirlər. “Sənətkar” sözünü adiləşdirirlər. Sənətdə ən yüksək zirvəyə çatsam belə, özümə sənətkar demərəm. Bu sözdən qorxuram”.