Alim Qasımov beynəlxalq konsertdə çıxış edəcək

Alim Qasımov  beynəlxalq konsertdə çıxış edəcək
673 dəfə oxunub
  • A-
  • A
  • A+
Aprelin 15-dən 17-dək Sinqapurda "Esplanade" teatrında "Müqəddəs musiqi qobeleni" adlı beynəlxalq konsert keçiriləcək.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu konsertdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan və Türkiyədən musiqiçilər və incəsənət nümayəndələri iştirak edəcək.

Aprelin 17-də "Esplanade" teatrında Azərbaycanın dünya şöhrətli xanəndəsi, xalq artisti Alim Qasımovun çıxışı baş tutacaq. O, qızı Fərqanə ilə birlikdə "Odlar yurdundan səslər:Azərbaycan muğamları və aşıqları" adlı konsert proqramı ilə çıxış edəcək.

Qasımovlar klassik Azərbaycan xalq musiqisi - muğam ifa edəcək.