Musiqili Teatrda həftəsonu beş tamaşa

Musiqili Teatrda həftəsonu beş tamaşa
373 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu üç gün ərzində 5 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, aprelin 15-i, 16-sı və 17-də “O olmasın, bu olsun”, “Yağış göbələyinin macərası”, “Qızıl toy”, “Yatmış gözəl və cırtdanlar” və “Qısqanc ürəklər” tamaşaları təqdim ediləcək.

Tamaşaçılar bu səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Şövqi Hüseynov, Svetlana Bulax, Novruz Qartal, Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülnarə Abdullayeva və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, aprelin 16-da “Yağış göbələyinin macərası” əsəri rus dilində, aprelin 17-də “Yatmış gözəl və cırtdanlar” tamaşası isə Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.