Afaq Bəşirqızı ad gününü gəmidə qeyd edəcək

Afaq Bəşirqızı ad gününü gəmidə qeyd edəcək
1785 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Afaq Bəşirqızı ad gününü gəmidə qeyd edəcək.

Bu barədə Axşam.az-ın müxbirilə söhbətində aktrisanın özü məlumat verib.

O bildirib ki, yaxın dostunun gəmisi ilə dəniz gəzintisinə çıxacaq:

“Bu günü ailəm və yaxınlarımla birlikdə gəmidə qeyd edəcəm. Mənim üçün unudulmaz və xoş bir gün olacaq. İlk təbrikimi həyat yoldaşımdan, sonra isə oğlum, gəlinim və nəvələrimdən aldım. Yeni yaşıma indiyədək başıma gələn bütün xoşagəlməz hadisələri geridə qoyub, xoş günləri özümlə aparmaq istəyirəm”.

Bir müddətdir yaradıcılıqdan uzaqlaşan Afaq Bəşirqızı yaxın günlərdə səhnəyə qayıdacağını və pərəstişkarlarını yenidən güldürəcəyini söyləyib.

Qeyd edək ki, xalq artisti 1955-ci ildə Bakı şəhərində anadan olub.