“Eurovision” üçün akkreditasiya başlandı

“Eurovision” üçün akkreditasiya başlandı
836 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində nümayəndə heyətlərinin, jurnalistlərin və fanklub üzvlərinin akkreditasiyasına başlanılıb.

Axşam.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, akkreditasiya prosesi aprelin 19-u Mərkəzi Avropa vaxtı ilə saat 23:59-dək davam edəcək.

Akkreditasiya “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də “Eurovision Family Accreditation System” (EFAS) vasitəsilə həyata keçirilir. Həmçinin saytda otel sifarişi haqqında da məlumat və müvafiq istiqamətlər yerləşdirilib. Sistemə daxil olan turistlər otelləri aprelin 5-dək sifariş edə bilərlər.