Səməd Səmədovun biabırçı çıxışının videosu

Səməd Səmədovun biabırçı çıxışının videosu
5080 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Səməd Səmədovun "Xəzər" TV-də yayımlanan "Bizim gün" verilişindəki təəccüb doğuran açıqlamalarının videosu yayılıb.

Axşam.az-ın məlumatına görə, proqramda müğənni Emma Ələkbərzadə Kaliforniyada istirahət haqda danışarkən müdaxilə edən sənətçi “Emma bayaqdan deyir Kəlbəcərdə istirahət edəcəm” sözlərini işlədib.
Emma isə cavabında indiyədək Kəlbəcərdə olmadığını bildirib.

Səməd Səmədovun hamını təəccübləndirən açıqlamaları bununla bitməyib. Belə ki, o yay istirahəti barədə fikirlərini bildirərkən daha bir biabırçı səhvə yol verib. O, Türkiyənin Muğla vilayətinin Bodrum bölgəsini İstanbulun Bodrum şəhəri kimi təqdim edib.

S.Səmədov Bodrumdakı istirahəti haqda məlumat verərkən isə azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmalife” otelində qaldığını deyib:

“Orada Mübarizlə yaxından tanış oldum. İsgəndər Xəlilov da Türkiyədə “Hilton” otel açıb. Mənim dostlarım Karlovı Varı və Monte Karloda istirahət etdilər. Amma onlar da dedilər ki, Türkiyənin yerini verən yoxdur”.