"Mənim günahım" tamaşaya hazırlanır

"Mənim günahım" tamaşaya hazırlanır
469 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrında İlyas Əfəndiyevin “Mənim günahım” tamaşası səhnəyə hazırlanacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, səhnə əsərinin ideya müəllifi və rəhbəri teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Tamaşanın quruluşçu-rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu-rəssamı Elnur Axundov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-baletmeysteri Leyla Ağayeva, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor-assistenti Saray Kərimlidir.

Tamaşada baş qəhrəmanı - Nurcahan obrazını xalq artisti Şükufə Yusupova canlandıracaq. Ayqız obrazını isə Cəlalə Novruzlu ifa edəcək.