Bu ölkələrin mədəniyyət nazirləri Bakıya gələcəklər

Bu ölkələrin mədəniyyət nazirləri Bakıya gələcəklər
413 dəfə oxunub
  • A-
  • A
  • A+
Aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Mixail Giorqadze, Qırğızıstanın mədəniyyət və turizm naziri Altinbek Maksutov və Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov iştirak edəcək.
 
Bu barədə Axşam.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Forumun açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.