Minskdə Polad Bülbüloğlunun baletinin premyerası olacaq

Minskdə Polad Bülbüloğlunun baletinin premyerası olacaq
1034 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur azərbaycanlı müğənni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Eşq və ölüm" adlı baletinin premyerası Belarusun Milli Akademik Böyük Opera və Balet Teatrında nümayiş olunacaq.

Axşam.az "Report"a istinadən xəbər verir ki, baletin təqdimatı iyunun 11-12-nə planlaşdırılıb. Tamaşaçılar isə səhnə quruluşunu iyunun 28-də görə biləcək.

Balet Belarusda 83-cü teatr mövsümünü başa vuracaq.

Baletin əsası Azərbaycan milli dastanı olan "Kitabi Dədə Qorqud"dan götürülüb.