Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala gedir

Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala gedir
253 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti daha bir Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alıb.

Axşam.az xəbər verir ki, dəvət Rusiya Federasiyası Orenburq vilayətində mayın 27-dən iyunun 2-dək davam edəcək “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalından gəlib. Bu dəfə kollektiv ölkəmizi bir neçə Beynəlxalq Teatr Festivalında uğurla təmsil etmiş L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edəcək.
 
Quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər.