Alim Qasımov: “Özümü ona borclu bilirəm”

Alim Qasımov: “Özümü ona borclu bilirəm”
1635 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Alim Qasımov səsinin batması və sənətdən getməsi ilə bağlı yayılmış söhbətlərə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı Lider telekanalında yayımlanan “Rəngarəng” verilişinə müsahibəsində bu gün sənətdə qızı Fərqanənin sayəsində olduğunu etiraf edib:

“Bir il bundan əvvəl səsimdə problem yarandı, oxuya bilmirdim. Hətta sənətdən uzaqlaşmışdım, müalicə alırdım. Etiraf edirəm ki, qızımın sayəsində yenidən oxumağa başlamışam. Əgər Fərqanə olmasaydı, sənətə qayıtmayacaqdım. Həmişə özümü qızıma borclu bilirəm. Allah şahiddir ki, bu sözlərimin hamısı həqiqətdir”.