Xalq artisti Türkiyədə konsert verdi

Xalq artisti Türkiyədə konsert verdi
2974 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Xalq Artisti Azərin Türkiyənin Ərzurum şəhərində konsert proqramı ilə çıxış edib.

Ərzurumun mərkəzi stadionunda açıq havada keçirilən konsertdə bölgə ictimaiyyətinin musiqisevərləri iştirak ediblər. Konsert Ərzurumdakı Atatürk Universiteti və Nüvaz Musiqi Mərkəzi tərəfindən birgə təşkil olunub.

Azərin “Qəhrəmanlıq mahnıları” şüarı altında keçirilən bu konsertdə “Çırpınırdı Qara dəniz”, “Ordumun duası”, “Məndən salam” və s. mahnılarla pərəstişkarlarının görüşündə olub. Konsertdə Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandıran tamaşaçılar xalqlarımızın qardaşlığına həsr olunan şüarlar səsləndiriblər.

Oxuduğu mahnıların təsiri ilə musiqisevərlərdə Azərbaycan-Türkiyə qardaşlığına, o cümlədən türk dünyasının birliyinə və mübarizliyinə verdiyi töhfələri bundan sonra da davam etdirəcəyini diqqətə çatdıran Azərin müsahibəsində deyib ki, Türkiyə musiqisevərləri ilə növbəti görüşü mayın 4-də yenə də Ərzurum şəhərində olacaq.

Azərtac