Azərbaycanlı xanəndənin yubileyi qeyd edilib - fotolar

Azərbaycanlı xanəndənin yubileyi qeyd edilib -  fotolar
661 dəfə oxunub
  • A-
  • A
  • A+
C.Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbində xalq Artisti, Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlunun anadan olmasının 155 illiyinə həsr edilmiş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Axsam.az-a bildirilib ki, tədbirdə xanəndənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Məktəbin nəzəriyyə şöbəsinin müəllimi Ülviyyə Şahbalayeva ömrünü muğamın təbliğinə həsr etmiş xanəndəyə ümumxalq məhəbbətindən söhbət açıb. Onun ənənələrinin bu gün də davam etdiyini, muğamın gənc nəslə öyrədilməsində C.Qaryağdıoğlunun davamçılarının yetişdiyini bildirib.

Məktəbdə muğam sinfinin yaranmasının 30 illiyinin tamam olmasını deyən Ü.Şahbalayeva bu sahədə müəllim Sabir Abdullayevin böyük əməyini xüsusilə qeyd edib. Bu münasibətlə S.Abdullayev məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib.

Sonda muğam sinfi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.