Dolma UNESCO-nun siyahısına daxil ediləcək

Dolma UNESCO-nun siyahısına daxil ediləcək
767 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bütün türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlayır.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kulinariya Mərkəzinin yaranmasının 25 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin daşıyıcıları bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil:
 
"Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb. Keçən il Ermənistan bütün Şərqdə isifadə olunan lavaşı mənimsəmək istədi. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etmişdilər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın hamıya məxsus olması barədə sübutlar göstərdilər".