Kulinariya Mərkəzi 25 yaşını qeyd edir

Kulinariya Mərkəzi 25 yaşını qeyd edir
1209 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 4-də Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə AMKM-in 25 illiyinə həsr edilmiş tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə,Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın 23 şəhər və rayonundan qonaqlar, tanınmış kulinarlar iştirak ediblər.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan mətbəxinin qədim tarixindən söhbət açıb.

Nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın AMKM-in 25 illiyi münasibətilə təbrik ünvanını Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Tahir Əmiraslanova təqdim edib.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına medallar, həmçinin nazirlik tərəfindən bir qrup əməkdaşa Fəxri fərmanlar da təqdim edilib.

Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Milli Kulinariya Mərkəzi yarandığı gündən Azərbaycan mətbəxinin tədqiqində, əhalinin kulinariya sahəsində maarifləndirilməsində, kulinariya mədəniyyəti və təcrübəsinin yayılmasında, milli mətbəx nümunələrinin toplanması, dünya miqyasında tanıdılması və təbliği istiqamətində mühüm işlər görüb