"Səyyah kvartet"çilər İçərişəhərdə -fotolar

"Səyyah kvartet"çilər  İçərişəhərdə -fotolar
1301 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur akkordeon ustası Paskal Konte və Fransadan olan "Səyyah kvartet"in üzvləri artıq Bakıdadırlar.

Heydər Əliyev Mərkəzindən Axşam.az-a verilən məlumatına görə, onlar bu gün İçərişəhəri gəzib, müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri, o cümlədən Şirvanşahlar Saray Kompleksi ilə tanış olublar. Musiqiçilər Azərbaycan mətbəxinin ləziz neməti olan təndir çörəyinin dadına baxıblar.

Mayın 5-də fransalı musiqiçilər Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər. Məşhur tanqo ritmləri modern üslub və aranjimanda təqdim olunacaq.