Azərbaycan filmi Münhen film festivalında

Azərbaycan filmi Münhen film festivalında
418 dəfə oxunub
  • A-
  • A
  • A+

“Dərs” tammetrajlı bədii filmi iyunun 23-dən iyulun 2-dək keçiriləcək 34-cü Münhen film festivalının “Kinderfilm” bölümündə nümayiş etdiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a bildirilib ki, filmin nümayişi iyunun 27-si və 30-da “Qasteyq” mədəniyyət mərkəzində baş tutacaq.

Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.