Danimarka "Eurovision - 2014"də də qalib olmaq istəyir

Danimarka "Eurovision - 2014"də də qalib olmaq istəyir
1212 dəfə oxunub
  • A-
  • A
  • A+
Danimarkanın milli seçimi (Dansk Melodi Grand Prix) “Eurovision-2014” yarışması üçün mahnı seçiminə dair elan verib.

“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytından AzərTAc-a bildirilib ki, ölkə möhtəşəm musiqi yarışmasında iki il ardıcıl qalib gəlmək niyyətindədir.

Danimarka İctimai Radio və Televiziya Yayımı (DR) növbəti ildə nəinki möhtəşəm şou təqdim etməyi, həm də öz mahnısının ölkəyə yenidən qələbə gətirməsinə nail olmağı qarşısına məqsəd qoyub.

DR-in əyləncə redaktoru Rasmus Ladefoqedin sözlərinə görə, Danimarkada “Eurovision-2001” mahnı müsabiqəsi keçiriləndə ölkə “Rollo & King” qrupu ilə ikinci yeri tutub. Hazırda ölkənin milli seçimi daxilində qüvvətli xor elementləri olan yaddaqalan, müasir pop mahnıları axtarır.

Danimarka milli seçiminə mahnıları oktyabrın 7-dək təqdim etmək lazımdır. Əvvəlki illərdə olduğu kimi, bu ilki milli final da 9-10 mahnı arasında aparılacaq. Onlardan 6-sı açıq müsabiqə, 3-ü və ya 4-ü DR-in xüsusi olaraq dəvət etdiyi bəstəkarlar tərəfindən seçilmiş olacaq.

“Eurovision-2014” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-da və 8-də, final mərhələsi isə mayın 10-da keçiriləcək.

Hazırda mahnı müsabiqəsinə ev sahibliyi etməyə ölkənin üç şəhəri – Kopenhagen, Herninq və Horsens iddialıdır.