Nazir tamaşa izlədi - fotolar

Nazir tamaşa izlədi - fotolar
980 dəfə oxunub
  • A-
  • A
  • A+

Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda ikigünlük səfərdədir.

Axşam.az xəbər verir ki, yaradıcı kollektiv mayın 4-də saat 19.00 radələrində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” tamaşası ilə çıxış edib.

Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, onun müavinlərinin, nazirliyin əməkdaşlarının, teatr ictimaiyyəti nümayəndələrinin də izlədikləri tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, Əbülfəz Axundov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov, Tərlan Abdullayev, Gülər Kərimova və digərləri ifa ediblər