"Övladlarıma vaxt ayıra bilmirəm" - Coşqun

"Övladlarıma vaxt ayıra bilmirəm" -  Coşqun
2471 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Coşqun Rəhimov özəl həyatı ilə bağlı etiraflar edib.

Axşam.az-ın məlumatına görə, aktyor çox utancaq olduğunu deyib:

“Biz Rəfaellə tamamilə ayrı-ayrı xasiyyətdə insanlarıq. Mən adamayovuşmazam. Siqaretə bağlıyam. Valideynlərimi gec-gec axtarıram. Müəyyən komplekslərim var. Məsələn, hardasa camaatın fikri məndə olanda özümü narahat hiss edirəm. Xüsusən də bazar-dükana gedəndə... Çox vaxt kimsə küçədə səkinin o tayından qışqırır: adə, Rəfael, Coşğuuun... O anda düşünürəm ki, kaş mən burda olmayaydım. Deyə bilmərəm ki, mən ideal atayam. Övladlarıma elə də vaxt ayıra bilmirəm. Amma imkan daxilində çalışıram ki, yaxşı yaşasınlar”.